Modernləşdirilmiş “Mercedes-AMG GT3”ü idarə edən fransız yarışçısı Jül Qunon Baterstdə (Avstraliya) əfsanəvi “Mount Panorama”da yeni mütləq rekorda imza atıb. “Formula-1” üslublu DRS sistemi ilə təchiz edilmiş 650 at gücünə malik idman maşını (sportkar) idarə edən Qunon 1:56,6054 dəqiqədə dövrə vuraraq, dörd il davam edən əvvəlki rekordu iki saniyədən çox qabaqlayıb.
Qunonun iki cəhdi olub. O, birincidə artıq 1 dəqiqə 56,6054 saniyəlik zaman nəticəsi ilə dövrəni başa vurub, ancaq ikinci cəhdi maneələrə ilişdikdən sonra dayandırmaq məcburiyyətində qalıb.
Dağın zirvəsində saatda 240 kilometr sürət: Əfsanəvi “Mount Panorama”da yeni rekord - VİDEO
“Skyline” döngəsindən əvvəl biz 240 km/saatdan daha sürətli idik - dəlilik! Saatda 240 km sürətlə dağın zirvəsində divarlar arasında sürmək sırf çılğınlıqdır. Mənim indiyə qədər keçirdiyim ən yaxşı dövrələrdən biri oldu. İkinci cəhddə divara toxundum - şanslı idim ki, hər şey yaxşı bitdi. Burada özünə inam lazımdır, amma hansısa anda dağ sizə xəbərdarlıq edir: Xeyr, xeyr, xeyr, çox arxayın olma!” - deyə Qunon rekordla bağlı təəssüratını bölüşüb.
Qeyd edək ki, əvvəlki “Mount Panorama” rekordu 1:58,690 nəticə ilə 2019-cu ildə “Brabham BT62” idman avtomobilində Lük Yulden tərəfindən göstərilib.
Mənbə: Championat.com