Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida və Şaxnoza Mirziyoyevalarla birlikdə avqustun 23-də Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar.
Bu mərkəz Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qərarı ilə təsis edilib.
10 hektardan çox ərazini əhatə edən mərkəz Səmərqənd şəhərinin qədim memarlıq abidələri üslubunda inşa olunub. Burada 65 metr hündürlüyündə günbəz də var.
Mərkəzdə bir neçə şöbə, o cümlədən nadir əlyazmaların milli reyestrinin aparılması şöbəsi, əlyazmalar fondu, kitabxana və arxivlər var.
Mərkəzin binasında 100 min əlyazma və bir milyondan çox kitabın olduğu kitabxana yerləşir.
Oxu.Az "Report"a istinadən həmin fotoreportajı təqdim edir: