İsveçrəli pilot və ixtiraçı İv Rossi (Yves Rossy) yeni video paylaşıb, bu videoda o, tərəf müqabili Vens Reffet (Vince Reffet) ilə bərabər reaktiv-aparat qanad Jet Man ilə Dubay üzərində uçurlar.
Oxu.Az xəbər verir ki, bu barədə “The Verge” nəşri bildirib.
Ekstrim həvəskarları öz uçuşlarına səhradan başlayıblar, sonra isə Sün Palma adaları üzərində bir neçə mürəkkəb manevr ediblər, nəhayət, dünyada ən hündür göydələn Bürc-Xəlifənin yaxınlığından uçublar.
İv Rossi hərbi və mülki təyyarələrdə uçub, 2004-cü ildən isə öz reaktiv qanadı Jet Man-i layihələşdirib. Aparat qanadın mexanizasiyasının olmaması ilə fərqlənir: idarə mərkəzdən qaçma ilə həyata keçirilir, pilot isə uçuşa əlləri, ayaqları və başı ilə hərəkət edərək idarə edir. Start üçün lazımi hündürlüyə Rossini təyyarə və ya helikopter ilə qaldırmaq lazımdır, eniş üçün isə paraşütdən istifadə edilir.
Aparatın son modelinin (2012-ci il üçün) çəkisi, tam yanacaqla təchiz edilmiş şəkildə 55 kq-dır, qanad açması – iki metr, maksimal sürəti – 300 km/s-dir, yanacaq kimi aviasiya kerosini (ağ neft) işlədilir.
E.Ə.
www.oxu.az