Oxu.Az monarxlara məxsus ən bahalı və gözəl cəvahiratın TOP-3-lüyünü təqdim edir:
1. Böyük Karlın tacı
İmperiya tacı və ya Böyük Karlın tacı liderlər üçlüyünü yekunlaşdırır. Bu qədim cəvahiratdır. O, X əsrin sonunda II Konraddan başlayaraq, alman monarxlarının tacqoyma mərasimi üçün hazırlanıb.
Böyük Karlın tacı digər məşhur taclardan fərqlənir – onun əsası qızıl disklərdən dairəvi deyil, səkkiz guşə şəklində düzəldilib. Disklər yüksək keyfiyyətli qızıldan hazırlanıb və 144 qiymətli daşla və mirvari ilə bəzədilib. Mirvari və daşlar arxa divar olmadan yerləşdirilib, bu isə içəridən bərq vurma effektini verir. Tacın üstündə üz tərəfi qiymətli daşlar və mirvari ilə bəzədilmiş xaç yerləşdirilib. Xaç qələbəni simvolizə edir.

2. Britaniya imperiyasının tacı
Bütün dünyada məşhur olan Britaniya İmperiyasının tacı Luxlux.net reytinqində əminliklə ikinci yeri tutub. Bu əşya Britaniya kraliçasına deyil, dövlətə məxsusdur.
Dörd xaçlı və dörd zanbaqlı tac müqəddəs Eduardın tacına müvafiq düzəldilib. Kompozisiyanın üzərində xaçlı kürə yer alır. Tacın daxilində məxmər papaq yerləşdirilib. Tac 2868 brilyant, 273 mirvari, 17 safir, 11 zümrüd və 5 yaqut ilə bəzədilib.

3. Rusiya imperiyasının böyük imperator tacı
Rusiya imperiyasının böyük imperator tacı Rusiya monarxlarının hakimiyyət rəmzidir. Bu tac 1762-c ildən 1917-ci ilə qədər II Böyük Yekaterinadan başlayaraq bütün imperatorların başına qoyulub.
Zərgərlər tərəfindən gümüş reqaliyanı 2858 karatlıq 4936 brilyantla və iki sıra 763 karatlıq mirvari (75 ədəd) ilə bəzədilib. Tacın üzərini nadir mineral – 398,72 karatlıq parlaq qırmızı daş bəzəyir.
Böyük imperator tacı iki yarımkürə şəklində hazırlanıb, bu kürələr Rusiya imperiyası ərazisində Şərq və Qərbin birləşməsinin rəmzidir.
