Prezident İlham Əliyev Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yeni səfirinin təyin olunması haqqında sərəncam imzalayıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Tahir Tofiq oğlu Tağızadə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezidentin digər sərəncamı ilə Tahir Tağızadə Azərbaycanın Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.