Avstraliyanın “Adelaide” Universitetində işləyən bir qrup elm adamı ixtira etdikləri “Dünyanın ən dəqiq saatı” layihəsi ilə ölkənin ən prestijli mükafatı sayılan “Eureka Prize”ı qazanıblar.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, iyirmi illik işdən sonra ortaya çıxan saat hazırda çalışan bütün saatlardan daha dəqiqdir.
Bildirilir ki, bütün saatlardan min qat daha düzgündür və önümüzdəki 40 milyon il içərisində, sadəcə, 1 saniyə geri, yaxud irəli gedə bilər.
Qeyd edək ki, saat təkcə zamanı göstərmək deyil, istifadə etdiyimiz bütün GPS, radar, naviqator kimi sistemləri doğru analiz etmək qabiliyyətinə malikdir.
“Dünyanın ən dəqiq saatı”nı düzəltdilər - VİDEO
Pərviz Hüseyn
www.oxu.az