Britaniyalı, 25 yaşlı evdar qadın, tənha ana, çəkisi təxminən 150 kq olan Kristina Briqqs sağlam qidalanma üçün dövlətin ona əlavə vəsait verməsini istəyir.
Oxu.Az Mirror-a istinadən xəbər verir ki, qadının sözlərinə görə o çipsi və dondurulmuş pizzadan ibarət pəhriz saxlayır, çünki bu ucuz başa gəlir.
Briqqs fastfood və yarımfabrikatlara ayda 300 funt xərclədiyini və sağlam qidalanmağa imkanı olmadığını iddia edir. Britaniyalının sözlərinə görə Bir alma bağlaması, həftəlik çipsi ehtiyatı ilə eyni qiymətədir, ona görə də seçimi ikincinin xeyrinə edir. O, təkbaşına iki uşaq tərbiyə edir və onları da dondurulmuş ərzaqlarla bəsləyir. “Mənim balacalarım McDonaldsa getməyi sevirlər, supermarketlərdən alınan pizzanı isə çox tez bir zamanda hazırlamaq mümkündür”, - o deyib.
Briqqs heç bir zaman işləməyib, çünki qızının böyrəklərində problem var, ona görə də körpəyə daim qulluq tələb olunur. “Mən atılan hər kq üçün bir funt və ya sağlam qida əldə etmək üçün endirimli kart almaq istərdim”, - Briqqs deyib.
Qadının sözlərinə görə dövlətdən əlavə vəsait arıqlamaq üçün əla stimul olardı.