Üçüncü döşün implantasiyasına 50 min dollar xərcləyən və bununla da məşhurlaşaraq MTV kanalında aparıcı olmaq istəyən, 21 yaşlı amerikalı Jasmin Tridevil fırıldaqçı imiş.
Aydın olub ki, qızın əsl adı Alişa Hesslerdir, onun üçüncü döşü isə qoyulmadır, Oxu.Az Entertainment Wise-a istinadən xəbər verir.
Daha öncə xəbər verilmişdi ki, qız bu əməliyyatı görüşmək istəmədiyi kişiləri ürkütmək üçün etdirib. Sonra isə məlum oldu ki, bu sözlər sadəcə əsassız yalandır. Floridanın Tampa şəhərinin polisi aeroportda qızın çantasını yoxlayarkən orada üçüncü döşünün protezini tapıblar.
Bundan başqa cərrah Metyu Şulman jurnalistlərə heç bir çapıq qalmadan, döşün implantasiyasının bu qədər keyfiyyətli yerinə yetirilməsinin mümkün olmamasını bildirib (Jasmin Tridevil foto və videolarda mükəmməl görünür).
Amerikalı qız hələ də üçüncü döşünün əsl olduğunu iddia edir. O, bütün əməliyyatın videoya çəkildiyini və bu videonu satmaq üçün teleşirkət axtardığını deyir.