Facebook sosial şəbəkənin mobil versiyasında yeni Nearby Friends funksiyası yaradılıb.
Oxu.Az news.bcm.ru-ya istinadən bildirir ki, bu funksiya real zaman kəsiyində dostlarınızın yerdəyişməsini izləməyə imkan verəcək.
Facebook istifadəçiləri, dostlarından kimin yaxınlıqda olduğunu biləcəklər. Bunun üçün Nearby Friends geolokasiya funksiyası yaradılıb.
Öz smarfonunda bu servisi işə salan istifadəçi, yaxınlıqda olan dostları haqqında bildiriş alacaq.
Bundan başqa o, dostları ilə onun arasında olan məsafə, onların yerdəyişmələri haqqında ətraflı məlumat alacaq.
Facebook istifadəçilərə bu informasiyanın dolğunluq səviyyəsini, eləcə də bu informasiyanın kimin və nə zaman görə bilməsinə nəzarət etməyə imkan verir.