“Azəri Top Model 2011”nun qalibi, model Ləman Əlizadə Rusiyalı müğənni Valeriya ilə birlikdə İçərişəhərdə olub.
Modelin Oxu.Az-a verdiyi məlumata görə, onlar reklam çəkilişi üçün bir araya gəliblər. Çəkiliş qrupu Rusiyadan olub. Reklam çarxı İçərişəhərdə çəkilib.
Qeyd edək ki, ötən gün Rusiyanın xalq artisti Valeriya Heydər Əliyev sarayında konsert verərək 45 yaşının bakılılarla qeyd edib.
Azərbaycanlı model Ləman Əlizadə isə 15 il İspaniyada yaşayıb və orada müxtəlif gözəllik müsabiqələrinə qatılıb. Hal –hazırda isə “Secular Fashion Contest” (“Zədaganlar modası”) zövq müsabiqəsinin münsiflər heyətinin üzvlərindən biridir.
Aytən Sadıqzadə
www.oxu.az