Bu gün “Circuit de Catalunya”da 2017-ci ilin qış sınaqlarının ilk yürüş günü start götürüb.
Oxu.Az xəbər verir ki, yeni avtomobillərini İspaniyaya gətirən 10 komandadan əksəriyyəti ilk yürüşlərini bu gün ediblər, digərləri isə sınaq yürüşlərinə hazırlaşırlar.
Bu gün işləyirlər: Valtteri Bottas və Lyuis Hemilton (Mercedes), Sebastyan Fettel (Ferrari), Felipe Massa (Williams), Deniel Rikkardo (Red Bull Racing), Serxio Peres (Force India), Niko Hyulkenberq (Renault), Karlos Sayns (Toro Rosso), Fernando Alonso (McLaren), Markus Erikson (Sauber) və Kevin Maqnussen (Haas).
E.Ə.
www.oxu.az