NATO-nun baş katibi Yens Stoltenberq Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları bərpa etməyə çağırıb.
Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, o, bu barədə bazar ertəsi, fevralın 27-də, Brüsseldə Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra bəyan edib.
“Əsas məsələ eskalasiyadan uzaq olmaqdır. Münaqişənin hərbi həll yolu yoxdur. Biz Ermənistan və Azərbaycanı danışıqlar masasına qayıtmağa çağırırıq”, - Stoltenberq deyib.
Onun sözlərinə görə, NATO ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyir.
S.B.
www.oxu.az