Gəncədə baş verən yol qəzasının görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, 5 iyun tarixində axşam saatlarında 26 yaşlı Vasif Hümbətov minik avtomobili ilə yolu keçən piyada 60 yaşlı Səidə Abdullayevanı vurub.
Ağır xəsarətlər alan qadın hadisə yerində ölüb. Sürücü isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, zərbənin təsirindən qadının sağ ayağı qopmuşdu.
Video: Xoxu TV
05.06.2017 (23:25)
Gəncədə baş verən yol qəzasında ölən qadının kimliyi məlum olub.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
“Lada Priora” markalı avtomobil 1957-ci il təvəllüdlü Abdullayeva Səidə İzzət qızını vurub. Qadın hadisə yerində ölüb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
22:29
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində, 32 saylı orta məktəbin qarşısında qeydə alınıb.
Bildirilir ki, yolu keçmək istəyən piyada qadın “VAZ 21 015” markalı avtomobil tərəfindən vurulub. Qadın hadisə yerində ölüb. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə tədbirlər görülür.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
S.B.
www.oxu.az