Dünyanın məşhur “Gettyimages” saytında Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı fotossesiya yerləşdirilib.
Oxu.Az-ın sayta istinadən verdiyi məlumata görə, fotosessiyanın müəllifi Böyük britaniyalı fotomüxbir Riçard Hiskotdur.
Fotoqraf Bakıda Məşəl fəvvarəsi, Beynəlxalq Gimnastika Arenası, Şirvanşahlar Sarayı, Azneft meydanındakı geriyə sayım saatının müxtəlif istiqamətlərdən şəkillərini çəkib.
Şəkillərdə eyni zamanda İçərişəhərin müxtəlif yerləri, eləcə də oyunların atributları ilə bəzədilmiş şəhər görüntüləri də yer alır.
Qeyd edək ki, “gettyimages.com” dünyanın fotoşəkillərin alışı-satışı üzrə ən böyük saytlardan biridir və müxtəlif informasiya agentlikləri tərəfindən istifadə olunur.
E.Ə.
www.oxu.az