Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Görücü Vanqanın 2022-ci il üçün doğru çıxan PROQNOZLARI - FOTO
1996-cı ildə vəfat etməsinə baxmayaraq, o dövrdəki açıqlamaları və öncəgörmələri müzakirə mövzusu olan “Balkanların Nostradamusu” ləqəbli bolqarıstanlı Vanqa hələ də gündəmdədir.
“Haber Global” onun 2022-ci il üçün həyata keçən iddialarını açıqlayıb.
Bu il Hind okeanındakı ölkələrdə zəlzələ, sunami və daşqınların olacağını iddia edən görücü Vanqanın bu proqnozu özünü doğrudub. Onun açıqlamalarını şərh edən ekspertlər bildiriblər ki, son aylarda bir çox Asiya ölkələrində daşqınlar baş verib.
Görücünün başqa bir proqnozu içməli su böhranı idi. Həqiqətən də bir çox dünya ölkələrində bu proqnoz reallığa çevrilib; xüsusilə İspaniya, İtaliya kimi Avropa ölkələri, ABŞ qlobal istiləşmə, su böhranı ilə üzləşib, Britaniya tarixində ilk dəfə Temza çayının mənbəyi quruyub.
Vanqa həmçinin 2022-ci ildə yeni bir virusla bağlı proqnoz vermişdi. O, uzun müddətdir əbədi buzlaqlarda gizlənən bir xəstəliyin oyanacağını, iqlim dəyişikliyinə görə əriyən buzun altından çıxaraq dünyanı bürüyəcəyini bildirmişdi.
Qeyd edək ki, bu il Sibirdə ölümcül virus aşkar edilib, buzlaqlar arasında ölümcül virus tapılıb. Sibirdə araşdırma aparan elm adamları pandoravirusu təxminən 48 500 il əvvələ aid olduğunu bildirilər. Yalnız birhüceyrəli orqanizmləri yoluxduran və hazırda insanlar üçün heç bir təhlükə yaratmadığı düşünülən virusa “zombi virusu” adlanır. Bundan başqa Tibet buzlaqlarında 28 naməlum virus tapılıb.