Halal şərablardan sonra hətta bazara halal donuz ətinin verilməsi cəhdindən sonra bazar müsəlmanlara “halal” etiketi olan daha çox məhsul və xidmətlər təklif edir.
Bu ilin iyun ayında Amsterdamda “Croissant chaud” (İsti aypara) adlı yer açılacaq, burada imanlı müsəlmanlara “halal” fahişə xidməti təklif ediləcək.
Oxu.Az bu barədə Belçika xəbər agentliyi olan Nord Presse-ə istinadən xəbər verir.
Bu müəssiəsənin meneceri Conatan Svik jurnalistlərə bildirib ki, “İsti aypara”nın açılmasına üç imam razılıq verib və məhəbbət kənizlərinin “halal” sayılmasının (şəriət qanunlarına görə) hansı meyarlara malik olması barədə danışıb.
Əsas qaydalardan biri kənizlərin qəti şəkildə içki və narkotik qəbul etməmləridir. Belə ki, onlar hər iki aydan bir yoxlamadan keçəcəklər, narkotik və ya içkidən istifadə etmələri üzə çıxan kənizlər işdən qovulacaq.
Qəlyan və ya adi siqaret çəkmələri barədə heç bir söz deyilməyib.
Svikin sözlərinə görə kənizlər gündə beş dəfə, əgər bu müştəriyə xidmət göstərilən vaxt belə olsa da mütləq namaz qılmalıdırlar. Bunun “halal” fahişələrin hamısının məhz müsəlman olacaqları anlamına gəlir, ya yox hələ ki, məlum deyil.
Menecer hesab edir ki, beləliklə, bütün müsəlmanlar öz arzularına günaha batmadan çata bilərlər.
Bir məsələ də aydınlaşdırılmamış qaldı, axi niyə görə şəriətin əsas qanunlarına zidd olan, zinaya aparan bu əxlaqsız yuvanın açılmasına niyə görə icazə veriblər?.
Bu gün üçün müsəlmanlar Niderlandiyanın əhalisinin 6%-ni (təxminən 1 milyon adam) təşkil edir. Bu əsasən Türkiyə və Morokkodan gələnlərdir. Onlardan çoxu Amsterdama səfər etmək istəyir. Ona görə də “İsti aypara”nın sahibləri bu sahədə böhran yaşanmasına baxmayaraq, uğur qazanacaqlarını düşünürlər.