Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Günəşdə güclü PARTLAYIŞ - 25 dəqiqə davam edib](https://images.oxu.az/2025/02/11/IWqgTmTL7UfDqlrgab3tRJkZcwG1Y7CuTsmLMxN8:1200.jpg)
Günəşdə güclü PARTLAYIŞ - 25 dəqiqə davam edib
Fevralın 11-də səhər saatlarında Günəşdə M sinifli partlayış qeydə alınıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
"Fevralın 11-də Moskva vaxtı ilə saat 8:35-də (Bakı vaxtı ilə 9:35 - red.) 3981 (N06W88) Günəş ləkələri qrupunda rentgen diapazonunda 25 dəqiqə davam edən M1.6 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində hər kvadratmetr üçün 10 nanovat radiasiya gücünə uyğundur. Növbəti hərfə keçərkən güc on dəfə artır. Partlayışlar bir qayda olaraq Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çatdıqda maqnit qasırğaları yarada bilər.