Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Hindistanda qız itə ərə getdi – VİDEO + FOTO
Hindistanın şərqində yaşayan 18 yaşlı qız Manqli Munda (Mangli Munda) sahibsiz itə ərə gedib, Oxu.Az The Daily Mirror-a istinadən xəbər verir.
Küçə itini toya əsl bəy kimi avtomobildə gətiriblər. Kənd sakinləri Şeru (Sheru) adlı iti ucadan qışqıraraq salamlayıblar.
Mərasim kənd şurasının məsləhəti ilə keçirilib. Onlar hesab edirlər ki, bu yolla qızı bəddualardan azad edirlər. Ağsaqqallar düşünürlər ki, bu bəddua təkcə qız deyil, həm də onun ailəsi və bütün kənd üçün təhlükə yarada bilər.
Əgər o mərasimdən imtina etsə idi, kişi ilə ailə qurduqda bədbəxtliklə qarşılaşmalı olacaqdı.
Mundaya söz veriblər ki, o, bir neçə aydan sonra kişiyə ərə gedə biləcək. Bunadək qadın hər bir şəkildə itin qayğısına qalmalıdır.
Qeyd edək ki, bu, Hindistanda kənd qızlarının itlərə ərə getdikləri ilk hal deyil. Bədduadan azad olmaq üçün nəzərdə tutulan bu mərasim həmin rayonda bir neçə kənddə tətbiq edilir.
“Qonşular dedilər ki, mənim kimi bir çox qızlar da bu addımı atıblar, bədduadan xilas olublar və indi xoşbəxt həyat sürürlər”, - deyə, Munda bildirib.

"Hindistan" teqi üzrə xəbərlər
- Hindistanda şirlər adam ovuna çıxıblar: İki həftədə üç nəfər parçalandı
- Ararat Mirzoyan: "Ermənistan Hindistan silahlarını almaqda maraqlıdır"
- "Air India" təyyarəsi Azərbaycan üzərindən uçan zaman təcili şəkildə geri qayıtdı
- Təyyarə sərnişinləri 10 saat boş yerə səmada qalıblar: Qəribə səbəb
- Hindistan baş nazirini 8 martda iki mindən çox qadın qoruyacaq