Bakının əsas avtomobil yollarında sürət həddi aşağı salınıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə bağlı olaraq yolun hərəkət hissəsi sürüşkən olduğundan hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev prospekti - Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin Zığ dairəsi - Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət 20 km/saat endirilib.
E.Ə.
www.oxu.az