Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"İncil"də İsa Məsihin doğulmasını işarə edən "Vifleyem ulduzu"nu bu il müşahidə edə biləcəyik
2025-ci ildə Yer sakinləri əfsanəvi "Vifleyem ulduzu"nu xatırladan heyrətamiz astronomik hadisənin - Venera və Yupiterin disklərinin yaxınlaşmasının şahidi olacaqlar.
Oxu.Az-ın gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın İrkutsk Regional Astronomiya Cəmiyyətinin sədri Pavel Nikiforov məlumat verib.
Ekspertin sözlərinə görə, planetlər arasındakı bucaq məsafəsi səmada cəmi 0.5 dərəcə olacaq. Bu nadir hadisəni 2025-ci ilin avqustun 12-də müşahidə etmək mümkün olacaq.
Qeyd edək ki, bu nadir hadisə, "İncil"ə görə, müdrik adamlara İsa Məsihin doğulduğu yerə yol göstərən əfsanəvi Vifleyem ulduzunu xatırladacaq. Həmin vaxt səmada qeyri-adi parlaqlıqda işıqlı ulduz yaranıb. Versiyalardan birinə görə, bu hadisənin əsasında planetlərin disklərinin üst-üstə düşməsi dayanır.
Lakin 2025-ci ildə başqa astronomik sürprizlər də gözlənilir. Məsələn, martın 23-də Saturnun halqalarının "yox olmasını" müşahidə edə biləcəyik. Bu effekt planetin orbitinin Yerə nisbətən xüsusi bucaq altında əyilməsi səbəbindən hər 15 ildən bir baş verir.
İlin sonunda isə saatda 150 meteoru "səpələyən" effektiv Geminidlər meteor axını gözlənilir.