Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İngiltərədə Roma nəhənginin 2000 illik izi: 48.5 ölçülü çəkmə tapıldı
Britaniyanın şimalında yerləşən qədim Roma qalası Magna (indiki Karvoran) ərazisində aparılan arxeoloji qazıntılar zamanı 2 min illik nəhəng ölçülü dəri çəkmə aşkarlanıb.
Oxu.Az bu barədə "Daily Mail"ə istinadla xəbər verir.
Bildirilir ki, oksigensiz şərait sayəsində yaxşı qorunmuş bu çəkmənin uzunluğu 32 sm-dir - bu, təxminən kişi ölçüsü ilə 48.5-ə uyğundur.
Çəkmə Roma ordusunun Britaniyadakı sərhəd qalalarından birində, su ilə dolmuş dar xəndəyin dibində tapılıb. Bu tip xəndəklər düşmən əsgərlərinin ayağını sındırmaq məqsədilə qurulmuşdu.
Tapıntılar, Roma dövründə ayaqqabıların necə hazırlandığına dair mühüm məlumatlar verir - çəkmənin altlığı çoxqatlı dəridən hazırlanmış, qaytan, tikiş və mıxlarla möhkəmləndirilib.
Tədqiqatçılar bu tapıntının sahibini və o dövrün həyat tərzini araşdırmaq üçün işi davam etdirirlər.
"arxeoloji ekspedisiya" teqi üzrə xəbərlər
- Aralıq dənizinin dibindən Antik dövrün yeddi möcüzəsindən biri çıxarıldı
- Hindistan sahillərində 12 min illik qədim sualtı şəhər aşkarlanıb
- "Nənələr və babalar" şəhəri: Qədim mayalıların yeni sirri ortaya çıxdı
- Qədim Çin sərhədlərinin gizli silahı: Müdafiə, yoxsa güc nümayişi?
- Neandertal sənətkarın əsəri: 43 min illik barmaq izinin sirri açıldı