Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İranda çəkisi yeddi kiloqrama yaxın olan körpə dünyaya gəldi - VİDEO
İranda 6,9 kq çəkidə uşaq dünyaya gəlib.
Bu barədə Məşhəd şəhərinin Rəzəvi xəstəxanasının ginekoloqu Negar Ramzanpur bildirib.
Onun sözlərinə görə, uşaq ağırçəkili olduğundan anaya qeysəriyyə əməliyyatı edilib.
“Əməliyyat uğurlu oldu. Çətinliklərə baxmayaraq, ananın fiziki vəziyyəti dərhal nəzarətə götürüldü”, - deyə o bildirib.
Həkim körpənin ailənin beşinci uşağı olduğunu qeyd edib:
“Ananın dediyinə görə, onun digər övladları normal çəki və təbii doğuşla dünyaya gəliblər. Qadın hazırda xəstəxanadan evə buraxılıb, onun səhhəti qənaətbəxşdir. Körpə isə reanimasiya şöbəsində müşahidə altındadır və ümumi vəziyyəti stabildir”, - deyə Ramzanpur bildirib.
Mənbə: Mehrnews.com
"İran" teqi üzrə xəbərlər
- İrandan ölkə valyutası ilə bağlı qərar: Əsginaslardan dörd sıfır silinəcək
- İranda dəhşətli qəza: Sərnişinlərlə dolu avtobus dərəyə aşdı
- İranın 20-yə yaxın əyalətinə əfqanların girişi qadağan edildi
- Baş Prokurorluq Omanda həbs edilən İran vətəndaşı ilə bağlı məlumat yaydı
- "TRT Farsca" İranı təşvişə salıb