İnternetdə İranda inqilab keşikçilərindən olan iki minə yaxın qadının iştirak etdiyi özünəməxsus turnirin fotoşəkilləri yayılıb.
Oxu.Az dünya mətbuatına istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusundan (İİKK) verilən məlumata görə, turnirin məqsədi qurumun qadın döyüşçülərinin idman potensialının və fiziki qabiliyyətlərinin möhkəmləndirilməsi olub.
İdmançılar aralarında karate, txekvondo, pinq-ponq, ümumi fiziki hazırlıq, atış və başqaları olmaqla, ümumilikdə idmanın 7 növündə güclərini sınayıblar.
Fotoqraf Həmid Malikpurun çəkdiyi kadrları təqdim edirik.