Ryanair Hava Limanının pilotu Maria Pettersson sosial şəbəkədə paylaşdığı fotoşəkilləri ilə ictimai medianın diqqət mərkəzinə çevrilib.
Oxu.Az xəbər verir ki, İnstaqram hesabındakı təqibçi sayı 128 mindən çox olan 32 yaşlı qadın yoqa ilə məşğul olarkən, uçuşa hazırlaşarkən, təyyarənin motor hissəsində əyləşərkən çəkdirdiyi fotoşəkillərini tez-tez paylaşır.
Sosial şəbəkə izləyiciləri isə şərhlərində pilot qadının bədən elastikliyi və yoqa sevgisinə təriflər yağdırır.
A.S.
www.oxu.az