Böyük Britaniyada itlər üçün kotec hazırlanıb.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, sifariş ilə hazırlanmış it damının mükəmməl variantı təxminən 5000 dollara başa gəlir.
Xarici görünüşdən bağ evlərini xatırladan bu it kotecləri yüksək texnoloji işıqlandırma və isindirmə sistemləri ilə təmin edilib. Eləcə də kondisioner və döşəməni isitmə sistemi var.
Örtük materialı Pirelli rezinindəndir, bu örtüyü asan təmizləməyə imkan verir.
Divarlar dördayaqlı kotec sahibinin şəxsi əşyalarının saxlanılması üçün rəflərlə təchiz edilib.
Kotecin havasını dəyişmək üçün üç pəncərəsi var.
Bir sözlə bu, it üçün gözəl yaşayış yeridir, amma çox baha başa gəlir.
The Dog Cottage Company şirkətinin nümayəndəsi deyir:
“Biz düşünürük ki, bu bağı olan ailələr üçün gözəl variantdır, onlar itlərini gəzdirmək üçün zaman sərf etməli olmayacaqlar. Həm də əgər yağış yağarsa, it hər zaman gizlənə bilər. İt kotecləri izolə edilib və isitmə sistemi ilə təchiz edilib, ona görə də heyvan soyuqdan əziyyət çəkməyəcək. Bu, itlərin xoşuna gələcək, onlardan bəzilərinin insanların evinə qayıtmaq istəməyəcəklərini düşünürəm”.
Aliyə İsmayılzadə
www.oxu.az