Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kanadada Çörçilin “Kükrəyən aslan”ı ilə bağlı böyük fırıldağın üstü açılıb - FOTO
Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin “Kükrəyən aslan” adlı ən məşhur fotoşəkillərindən biri Ottavadakı “Şato Lorye” (“Fairmont Chateau Laurier”) hotelindən fırıldaq yolu ilə oğurlanıb.
Belə ki, 1998-ci ildən hotelin oxu zalından asılan fotonun orijinalı surəti ilə əvəzlənib. Hadisənin üstü bu yaxınlarda açılıb. Baş verənlərlə əlaqədar hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar.
Çörçilin bu şəkli 1941-ci ilin dekabrında “Şato Lorye”nin yaxınlığında yerləşən Kanada Parlamentində çıxış etdikdən sonra çəkilib. Foto siyasətçinin siqaretsiz ən məşhur obrazı hesab olunur. Adətən, Çörçil həmişə siqarla şəkil çəkdirirdi, lakin fotoqraf bu şəkli çəkərkən siqarı özü şəxsən baş nazirin əlindən alıb; Çörçil buna görə şəkildə pis əhval-ruhiyyədə görünür. Ehtimal ki, elə bu səbəbdən foto “Kükrəyən aslan” adlanıb.
Mənbə: RT
"Kanada" teqi üzrə xəbərlər
- İlon Mask: "Kanada saxta ölkədir"
- Kanada Rusiyanın aktivləri hesabına Ukraynaya milyardlarla dollar verəcək
- Maskın Kanada vətəndaşlığından məhrum edilməsi üzrə petisiya başlayıb
- Fransa Ukrayna və Avropanın təhlükəsizliyinə dair ikinci sammit keçirəcək
- Torontodakı dəhşətli təyyarə qəzasının ANBAAN GÖRÜNTÜLƏRİ