Fransız Rivyerasında, Kannda yeni sualtı incəsənət muzeyi açılıb.
“Lonely Planet”in verdiyi məlumata görə, muzey Sent-Marqerit (Sainte-Marguerite) adasının yaxınlığında yerləşir və demək olar ki, iki metr hündürlükdə üz görünüşündə altı heykəldən ibarətdir.
Bunlar yerli sakinlərin, məsələn, 80 yaşlı balıqçının və ya doqquz yaşlı ibtidai sinif şagirdinin “portretləridir”.
Heykəllər üç metrə qədər dərinlikdə yerləşir və hər birinin çəkisi təxminən 12 tondur.
View this post on InstagramBu abidələri yaratmaq üçün britaniyalı sualtı rəssam Ceyson Deker Teylor dörd il vaxt sərf edib. Onlar Teylorun Aralıq dənizindəki ilk əl işi olub.
Hər bir heykəl üçün zərərli çirkləndiricilər ehtiva etməyən, zəhərli olmayan, pH neytral sementdən istifadə edilib. Bu əsərlər əslində mərcan, balıq və xərçəngkimilərin yaşaya biləcəyi süni qayalardır.
Onlar bura qayıqla gətirilib və dalğıclar tərəfindən kranların köməyi ilə quraşdırılıb. Dalğıclar artıq muzeyə giriş haqqı ödəmədən onların aralarında üzə bilərlər.
"Onkoloji xəstəliklər (xərçəng)" teqi üzrə xəbərlər
- "Vita Med Hospital"da qalmaqal: 19 min manat verdiyini deyən xəstənin iddiasına həkimdən cavab
- Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
- Onkoloji xəstəliklər icbari tibbi sığorta ilə qarşılanacaq?
- İranda vəfat edən diş həkimi Göyçayda dəfn olundu
- Çimnaz Sultanovanın ölümünün əsl səbəbi ilə bağlı yeni iddia
Digər xəbərlər