Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Küveytdə “Driftin Kralı” müəyyənləşdi – VİDEO
Küveytdə “Red Bull Car Park Drift 2017”-nin final yarışları keçirilib.
Oxu.Az xəbər verir ki, Omandan olan Rafat Al Yahya “Nissan Sylvia” markalı avtomobillə 378 xal toplayaraq birinci olub.
İkinci yeri 372 xalla iordaniyalı Othman Tikriti “BMW M3”-lə, üçüncü yeri isə 340 xal toplayan misirli Əhməd Hamadan Bakhit “BMW M30"-la tutub.
Qeyd edək ki, drift sürüş texnikası – sürücünün öz avtomobilini kiçik döngələrdə belə seçilmiş istiqamətdən qəsdən döndərməsidir. Bu idman növü artıq məşhur beynəlxalq avtoidmana çevrilib.
Küveyt şəhərində keçirilən regionun ən böyük yürüşü olan “Red Bull Car Park Drift 2017”-in finalına “Driftin Kralı” titulu uğrunda mübarizə aparmaq üçün Yaxın Şərqin və Afrikanın ən bacarıqlı drifterləri gəlib.
İlk dəfə driftinq XX əsrin 60-cı illərində Yaponiyanın əyri-üyrü dağlıq yollarında yaranıb. Bir qrup həmfikirli yarışçılar kəskin döngələri dönərkən şinləri tutma həddini aşaraq trasda qələbə uğrunda yürüşə başlayıblar. 2005-ci ildə “Red Bull” şirkəti driftinq idman növünü inkişaf etdirməyə başladı və Yaxın Şərqdə onun atəşini yandırmağa qərar verdi ki, həmin atəş bu günə kimi alovlanır.
E.Ə.
"Yaponiya" teqi üzrə xəbərlər
- Yapon barlarında müştəriləri şillələmək qadağan edildi: Maraqlı xidmət niyə dayandırıldı?
- 30 illik ənənə: Yaponiya 2024-cü ilin heroqlifini seçdi
- Yaponiyada turist avtobusu aşıb: Onlarla xəsarət alan var
- Yaponiyada doğum nisbətini artırmaq üçün maraqlı qərar: Dördgünlük iş həftəsi tətbiq ediləcək
- Putinin Yaponiya qubernatoruna hədiyyə etdiyi pişik öldü