Dünya şöhrətli müğənni Ledi Qaqa hər zaman sevənlərini təəccübləndirməyi bacarır.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, ARTPOP Ball Tour çərçivəsində müxtəlif ölkələrdə konsert verən Ledi Qaqa Florida ştatında sevənlərinin qarşısına çıxıb.
28 yaşlı ulduz tez-tez səhnədə kostyumlarını dəyişib. Ən qəribəsi isə ulduzun tamaşaçıların qarşısına tam çılpaq çıxması olub.