Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisində baş verib.
Xırdalan şəhər sakini 1960-cı il təvəllüdlü Dəstəgül Əzəmət qızı Şəmiyeva Liman şəhəri ərazisində yolu keçmək istəyərkən avtomobil onu vurub.
D.Şəmiyeva ağır kəllə-beyin travması ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az