Lənkəran rayonunda avtomobil piyadanı vuraraq öldürüb
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Gərmətük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Gərmətük kənd sakini 1976-cı il təvəllüdlü Vəliyev Anar İdris oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub. Ağır xəsarətlər alan kişi hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az