Əfqanıstanın Hərat şəhərinin sakininin tanınmış futbol ulduzu Lionel Messiyə oxşaması Messinin İslamı qəbul etməsi haqqında şayiələrə səbəb olub.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, əfqan həkimi sosial şəbəkədə Messiyə yarıya bölünmüş alma kimi bənzəyən 26 yaşlı Əbdülkərim Sərvərin şəkillərini yerləşdirdikdən sonra Messinin İslamı qəbul etməsi haqqında xəbər yayılıb.
Təəccüblüdür ki, Əbdülkərim də Lionel Messi kimi iyun ayında dünyaya gəlib.
Doğrudur, əfqanlı Messidən 3 sm hündürdür, amma bədən quruluşu, üz və dəri rəngi ilə o argentinalı futbol ulduzundan heç nə ilə seçilmir.
O, orta məktəbdə coğrafiya dərsi deyir. BBC xəbər verir ki, şagirdləri arasında Mister Messi kimi tanınır.
Əbdülkərim yerli futbol komandasının üzvüdür və “Barselona” klubunun azarkeşidir.
Onun ən böyük arzularından biri nə vaxtsa Messi ilə görüşməkdir.