Nizami rayonunda gülməli hadisə baş verib. Əczaxananı qarət etmək istəyən oğru, orda cəmi 1 manat tapıb.
Oxu.Az Vesti.az-a istinadən bildirir ki, Nizami rayon Polis İdarəsində 1960-cı il təvəllüdlü Əşrəf İbrahimova məxsus A.Manafov 16A ünvanında yerləşən, əczaxanaya naməlum şəxs girib.
Əczaxananın sahibinin sözlərinə görə, dükandan 1 manatdan başqa heç nə götürülməyib. Bu fakt əməliyyatçıları güldürsə də cinayət işi açmalı olublar.