Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, avqustun 4-də saat 23 radələrində Masallı rayonunun Xırmandalı kəndi ərazisində rayon sakini Elmidar Mayılov idarə etdiyi “Seat İbiza” markalı avtomobili körpüdən aşırıb.
Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az