Masallıda dövlət Yol Patrul Xidməti (DYPX) əməkdaşlarının sərxoş sürücülərə qarşı reyd keçirdiyi zaman avtomobil yol polisini vuraraq qaçıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə YPX-nin baş serjantı Qoşqar Eynalov xidməti vəzifəsini yerinə yetirərkən baş verib.
Dərhal yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisəni törədən şəxs hadisə yerindən qaçıb. Hazırda Masallı polisi onun saxlanılması istiqamətində tədbirlər görür.
S.B.
www.oxu.az