Zaqatala şəhərində azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində, Nizami Hüseynov adına 2 saylı orta məktəbin qarşısında qeydə alınıb.
Məktəbin 2-ci sinif şagirdi Şirdanov İsmayıl Elçin oğlu dərsdən çıxıb yolu keçən zaman “Mercedes” markalı, 99 HB 485 dövlət nömrə nişanlı avtomobillə vurulub.
Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.
Z.Q.
www.oxu.az