Hindistanlı kişi meymuna kələk gələrək ondan eynəyini geri ala bilib. Bu barədə kadr sosial şəbəkələrdə paylaşılıb.
Kadrlarda meymunun dəmir qəfəsin üstündə oturaraq kişinin eynəyi ilə oynadığı görünür. Aksesuarı qaytarmaq üçün kişi hiyləyə əl atır: O, meyvə şirəsi alaraq heyvana tərəfə uzadır. Meymun əlini uzatdıqda isə kişi şirəni geri çəkir. Beləliklə heyvan ondan əvəz istənildiyini başa düşərək eynəyi qaytarıb.
Smart 🐒🐒🐒
— Rupin Sharma IPS (@rupin1992) October 28, 2021
Ek haath do,
Ek haath lo 😂😂😂😂🤣 pic.twitter.com/JHNnYUkDEw
Video sosial şəbəkələrdə maraqla qarşılanıb. Bəziləri kişinin zirəng hərəkətini tərfiləsələr də, digərləri əslində meymunun kişiyə kələk gəldiyini yazıblar.
Mənbə: Lenta.ru