Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov sualtı gəmisinin videosunu paylaşıb.
Oxu.Az qaynarinfo.az-ya istinadən xəbər verir ki, dəyəri 2,5 milyon dollar olan gəmi ABŞ-da istehsal olunub.
Yayı Bodrumdakı “Palmarina”da keçirən iş adamının sualtı gəmisi xüsusi olaraq hazırlanıb. Gəminin içərisində kiçik bar, hamam, lüks otaqlar var. Ətrafı isə gülləkeçirməz şüşələrlə əhatə olunub.
A.M.