Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Dünyadakı ən böyük 4K televizorunun qiyməti hamını təəccübləndirdi
Avstriyanın yüksək texnoloji texnika və elektronika istehsal edən “C Seed” şirkəti dünyadakı ən böyük 4K televizorunun qiymətini açıqlayıb.
Hər evdə lazımlı əşyalardan olan televizoru alarkən alıcılar ondan uzun müddət istifadə etməyi planlayırlar.
Oxu.Az gazetadaily.ru-ya istinadən xəbər verir ki, alıcıları texnikanı dəyişməyə məcbur etmək üçün istehsalçılar müxtəlif vasitələrə əl atırlar.
Belə ki, 262 düym və ya 6,5 metr diaqonallı, 7,1 və ya 9,1 səsləndirməli on Hi-End dinamiki olan C Seed 262 4K televizorları dünya bazarında 549 000 dollara satılacaq. Bundan başqa, televizorun quraşdırılması üçün mütəxəssis tələb olunur, onun xidmətləri isə 35 000 dollardan ibarət olacaq.
S.S.
www.oxu.az