Böyüklər üçün filmlərin ulduzu Nikki Bens Torontoda mer seçkilərində iştirak edəcəyini bəyan edib.
Oxu.Az Sky News-a istinadən xəbər verir ki, porno-aktrisa müvafiq ərizəni verib, amma “Toronto Sun” qəzetində verilən xəbərə görə qeydiyyata alınmasında problemlər ortaya çıxıb. Belə ki, Bensin şəxsiyyətini təsdiqləyən sənəd kimi təqdim etdiyi sürücülük vasitəsinin vaxtı keçib.
Əgər kağızları vaxtında qaydaya salıb təhfil versə, Bensin yeganə rəqibi Torontonun indiki meri Rob Ford olacaq. O isə öz növbəsində bütün dünyaya qalmaqallar silsiləsi ilə məşhurdur. Ən səs-küylü qalmaqal isə onun KİV-də yayılmış narkotik çəkdiyi videoçarx idi. Sonradan isə alkoqol və narkotik düşkünlüyündən söz açaraq, müalicə keçməli olduğunu etiraf edib.
Seçki kampaniyasının şüarı kimi porno-ulduz “Fordan Bensə keç” sloqanını seçib. Seçiləcəyi təqdirdə porno-industriyanı Torontoya cəlb edərək şəhər büdcəsini artıracağına söz verib. Bundan başqa, Bens tranzitin qiymətlərini və daşınmaz əmlaka vergiləri endirməyi söz verib.
Qeyd edək ki, Toronto merinin seçkiləri bu ilin oktyabrında keçiriləcək.