İnsanlar nəhənglik anlayışı qarşısında həmişə heyrət qalırlar. Heyvanlar da istisna deyil: fillər, kitlər və faunanın digər nəhəngləri bizim diqqət və heyrətimizə səbəb olur.
Oxu.Az bigpicture.ru-ya istinadən varlığına inanılması bir qədər çətin olan nəhəng heyvanların fotolarını təqdim edir.

Qoliaf quş yeyən hörümçək. Hörümçəklər haqqında nə bilirik? Bu kiçik, bəzən də zəhərli, səkkiz pəncəli, tor quran məxluqlardır. Qarşınızda dünyanın ən böyük hörümçəyi quşyeyən-qoliafdır (və ya Terafoza Blonda). Çəkisi 175 qrama, ətraflarının uzunluğu isə 28 sm qədər olur. Amma adına baxmayaraq, quş yemir.

Zevs – 2013-cü il Ginnesin rekordlar kitabına görə dünyada ən hündür itdir. Zevs arxa pəncələri üzərinə qalxdıqda onun boyu 2 metrə çatır. İtin sahibləri onu zərif nəhəng adlandırırlar və bildiriblər ki, onlardan tez-tez Zevsin at deyil, it olduğunda əmin olduqlarını soruşurdular.

Nəhəng Afrika ilbizi. Təbii ki, əgər nəhəng Afrika ilbizi deyiriksə, onun nəhəng olacağını anlayırıq, amma bu qədər? Bu əl boyda olan ilbiz yalnız Afrikada deyil, başqa ölkələrdə də yaşayır. Çox iştahalı olan bu ilbiz sürətlə artır və kənd təsərrüfatı üçün təhlükəlidir.

Darius – dünyada ən iri dovşan. Bu dovşanın ölçüsü 22,5 kq uzunluğu isə 130 sm-dır. Onun Ceff adlı oğlu da var, bu cütlüyü doyurmaq üçün 63 yaşlı Annett Edvards ildə 5000 funt sterlinq xərcləyir.

Çin salamandrası. Bu quruda-suda yaşayan ən iri məxluqdur. Onun quyruğu ilə bir yerdə uzunluğu 180 sm-ə çatır.

Lyudo – dünyada ən uzun pişikdir. Meyn-kunlar dünyada ən böyük pişik kimi tanınırlar. Amma Lyudo 17 aylığında artıq 11 kq-dan ağır, uzunluğu isə 110 sm idi.

Qoliaf-qurbağa. Əgər qurbağalardan qorxursunuzsa, yaxşısı budur, bu nəhənglərin məskunlaşdığı Kamerun və Ekvatorial Qvineyadan uzaq durun. Qoliaf müasir qurbağaların ən irisidir. Onun bədəninin uzunluğu 30 sm-ə çatır.

Böyük Cek – dünyada ən hündür atdır. Atlar əslində heç də balaca heyvan sayılmır, amma onların da arasında çox hündürlərinə rast gəlinir. Bu, Belçika merinanın hündürlüyü 210,2 sm-dir, çəkisi isə bir tondan artıqdır.

Liqr Herkules. Liqr – şir ilə pələngin hibrididir. Onun mövcudluğuna şübhə edənlərə onun olduğunu və hətta bəzən nəhəng ölçülərə qədər böyüdüyünü demək istərdik. Herkules 2006-cı ildə Ginnes rekordlar kitabına düşüb. Arxa pəncələri üstündə duran Herkulesin boyu 3,7 metr, çəkisi isə 400 kq çatır.

Yapon krab-hörümçəyi. Çəkisi 19 kq, ətrafları ilə bir yerdə uzunluğu 5,5 metrə çatan bu nəhəngin yeri, əlbəttə ki, qurmanın nimçəsi deyil, qorxu filmlərinin çəkiliş meydançalarıdır.

Blossom – dünyada ən iri inəkdir. Blossom Ginnesin rekordlar kitabına iki dəfə düşmək qismət olub. 2015-ci ildə o, dünyanın ən hündür inəyi olmuşdu. Holştin növündən olan bu gözəlin 190 sm, çəkisi isə bir tona yaxındır.

Skat-quyruqqıran. Bu nəhəng Amerikanın vəhşi təbiət TV-şousunun ulduzu Ceff Korvin tərəfindən Taylandda May Klonq çayında tutulub. Skat 360 kq-dan ağırdır və o, dünyanın ən böyük skatı adını alıb.

Meduza dünyada ən uzun ilandır, o da Ginnes rekordlar kitabının nümayəndələrindəndir. Madam Meduza adını daşıyan bu pitonun uzunluğu 7,5 metrdir. O, Missuri ştatının Kanzas-siti şəhərində yaşayır və “Full Moon Productions” şou-qrupuna məxsusdur. Madamın menyusu dovşan və donuz balalarından ibarətdir, hər iki həftədən bir isə ona şam yeməyinə bütöv maral verirlər.

Lolonq – dünyada ən iri dəniz timsahıdır. 2011-ci ilin sentyabr ayında insanlara hücum edən nəhəng timsah Filippində Aqsuan-del-Sur əyalətinin Bunavan şəhərində tutulub. Bu 50 yaşlı timsahın uzunluğu 6,17 metr, çəkisi isə bir tondan çoxdur. Lolonq Bunavandan 8 km uzaqlıqda ekoparkda məskunlaşıb.

Böyük Bill – dünyanın ən böyük donuzudur. Böyük Bill öz rekordunu 1993-cü ildə vurub. Amma o vaxtdan indiyə qədər, heç bir donuz bu rekorda yaxınlaşa bilməyib. Tenneddi ştatından olan bu donuzun çəkisi 1157,5 kq, boyu isə 150 sm və uzunluğu 275 sm-dır.
S.S.
www.oxu.az