Oğurlanan telefonunu tapan gənc yaddaş kartına baxanda “cinayətkar”ın çoxsaylı selfisini və videosunu aşkarlayıb.
BBC-nin məlumatına görə, maraqlı hadisə Malayziyada baş verib.
Tələbə olan Zakridz Rodzinin sözlərinə görə, o səhər yuxudan duranda telefonunu tapmayıb. Evdə heç bir soyğun əlaməti olmadığı üçün onu haradasa itirdiyini düşünüb.