150 ildən artıq bir müddət ərzində ən ağır xəstəliklərlə mübarizə aparan Mayo Clinic qeyri-kommersiya təşkilatının tədqiqatçıları kiçik, amma önəmli qələbə əldə ediblər. Həkimlər 50 yaşlı xəstəni qan xərçəngindən qurtarıblar. Bu nəticəni onlar spesifik üsulla əldə ediblər.
Oxu.Az Hi-news.ru-ya istinadən xəbər verir ki, keçən ilin iyun ayında qan xərçəngi diaqnozu qoyulan yaşlı qadın eksperimental müalicədə iştirak etməyə razılıq verir. Bu müalicə zamanı ona venadaxili, 10 milyon adama edilə bilinəcək qədər qızılca vaksinasını daxil ediblər.
Nəticədə, onun bütün bədəninə yayılmış xərçəng hüceyrələri bir dəfə vaksina daxil edildikdən sonra tamamən yoxa çıxıblar. Bu vaksina qəribə şəkildə xərçəng hüceyrələrini çəkir. Qızılca virusu onlardan çoxalmaq üçün istifadə edir. Bu zaman xərçəng hüceyrələrinin üst qatını parçalayır, insanın imun sistemi isə onu virus xəstəlik kimi qəbul edərək onunla mübarizə aparır. Beləliklə, virus vaksinası xərçəng hüceyrələrinin müdafiə baryerlərini yox edir, qalan işi isə orqanizm özü görür.
“Bu, inanılmaz nəticədir! Bu zamana qədər biz eksperimentləri siçanlar üzərində edirdik, bilirdik ki, gəmiricinin bədənindəki, metastaza uğrayan xərçəng hüceyrələrini məhv edə bilir, amma bunun insan orqanizmində də effektiv olacağını sübut edən heç bir təcrübə keçirilməyib”, - Star Tribune jurnalisti ilə öz sevincini bölüşən doktor Stiven Rassel deyib.
Həkimlər qan xərçənginə qalib gələcək vaksinanın miqdarını hesablayıblar. Qızılcadan peyvənd üçün xəstələrə daxil edilən standart 10 000 vahid əvəzinə, onkoloji xəstələrə 100 milyard vahid doza daxil edilir.
Meyo klinikasının həkimləri indi insanlar üzərində daha geniş təcrübələr aparmalıdırlar, həm də bir sıra çətin məsələləri həll etməlidirlər. Məsələn, əgər insan artıq qızılca keçiribsə, o artıq bu vaksinaya qarşı davamlı olur. Orqanizm sadəcə mübarizə aparır və vaksina xərçəng hüceyrələrinə çatana qədər məhv edilir.
İstənilən halda bu tibb üçün vacib məqamlardandır və dünya onkoloqları qələbəni qeyd etmək üçün şampan şərabı aça bilərlər. Yeni üsulun yoxlama testlərinin davamı bu ilin sentyabr ayına planlaşdırılıb.