Əli Həsənov Minsk qrupunun səfərini “mənasız” adlandırıb.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, baş nazirin müavini Əli Həsənov ATƏT-in Minsk qrupunun bölgəyə səfərini “mənasız” adlandırıb.
Bu səfərdən heç bir nəticə gözləmədiklərini vurğulayıb.
Qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri həmsədrlərin işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz aparılan məskunlaşmaya, o cümlədən suriyalı qaçqınların Dağlıq Qarabağda yerləşdirilməsinə göz yumduğunu deyib.
Əli Həsənov bildirib ki, “nə qədər boş-boşuna gedib-gəlmək olar. Əgər bacarmırlarsa, onda açıq deməlidirlər ki, biz həll edə bilmirik, bizlik deyil, bizim gücümüzdə deyil və bizim vəzifəmiz bu faktı ancaq qeyd etməkdirsə, onda bu kimə lazimdır”.