Oxu.Az yaşadığımız Yer planeti haqqında maraqlı faktları təqdim edir.
Yerə bərabər olan 1,3 milyon planet bütünlüklə Günəşdə yerləşə bilər.

Əgər siz Yer kürəsində dəlik açsanız, sizə cəmi 42 dəqiqə vaxt lazım olacaq ki, bu tərəfindən tullanıb, o biri tərəfindən çıxasınız.

Böyük Britaniya kraliçası Yer kürəsinin altıda bir hissəsinin qanuni sahibəsidir.

Yer kürəsinin Aydan görünən hissəsi, “ay fazaları” (yalnız bu halda, əlbəttə “yer fazaları” demək yerinə düşər).

Günəşin işığı Yer kürəsinə 8 dəqiqə 20 saniyəyə çatır.

Bir qaşıq torpaqda Yer üzündə insanların olduğundan daha çox canlı orqanizm var.

Yer kürəsinin səthinin 1/3 – qismən və ya tamamən səhradır.

Qalaktikada Yer kürəsinə bənzəyən ən azı 2 milyard planet var.

Yer kürəsində 7500,000,000,000,000,000-dən çox qum dənəciyi var

Yerdə ildırım saniyədə 100 dəfə və ya gün ərzində 8,6 milyon dəfə çaxır.

Pifaqorun dövründən (b.e.ə. 500-ci il) savadlı insanların heç biri Yer kürəsinin yastı olduğuna inanmırdı.

Yer kürəsi Günəş sistemində suyun üç – bərk, maye və buxar halında olduğu yeganə məkandır.

Son 40 il ərzində vəhşi heyvanların sayı 50% azalıb.

Yerin ən dərin nöqtəsini 25 ədəd “Empayr-steyt-bildinq” ilə müqayisə etmək olar.

Yer günəş sistemində yeganə yerdir ki, günəş tutulmasını müşahidə etmək mümkündür.

Yer kürəsində ən dərin quyu Sovet İttifaqında qazılıb. Onun dərinliyi 12 262 m-dir. Bu quyunun qazılmasına 14 il vaxt sərf edilib.

Yer kürəsinin adı ingilis dilində yeganə planet adıdır ki, yunan-roma allahlarından birinin adı deyil.

Çimboraso dağı (6267 m) – Yerin mərkəzindən ən uzaq və kosmosa yaxın nöqtədir.

Yer kürəsi ətrafında insanın düzəltdiyi 22 min obyekt dövr edir.

Sutka əslində 24 saatdan ibarət deyil. Yer kürəsi öz oxu ətrafında 23 saat 56 dəqiqə və 4 saniyəyə fırlanır.

Hər il Yer kürəsinin atmosferinə 100-dən 300 tona qədər kosmik toz düşür.

Hər il yer kürəsində 500 000-dən çox zəlzələ müşahidə edilir. Onlardan 100 000-i hiss edilir, 100-ü isə dağıdıcı olur.

Yerin nüvəsində onun səthini 45 sm qalınlıqda qızıl qatı ilə örtməyə yetəcək qədər qızıl var.

Yer kürəsində fəaliyyətdə olan ən cənubi vulkan Antarktidada yerləşir.

1960-cı illərdə alimlər Kanadada Yer kürəsinin digər hissələrindən fərqli olaraq qravitasiyanın aşağı olmasını aşkar ediblər.

Yerin fırlanma sürətinin azalması ucbatından 2015-ci il digər illərdən bir saniyə uzun olacaq. Hər əsr yer üzündə sutkalar 1,7 milli saniyə uzanır.

Su Yer kürəsinin çəkisinin yalnız 0,07%-ni və ya həcminin 0,4%-ni təşkil edir. Bəşəriyyət Yer kürəsinin suyunun yalnız 0,003%-ni istifadə edə bilər.

Yer kürəsinin 40%-i 6 ölkəyə mənsubdur.

Ay olmasaydı günümüz 6 saatdan ibarət olardı.

Məşhur ixtiraçı və futuroloq Reymond Kurtsveylin proqnozuna əsasən, dünyanın elektrik tələbatını Yer kürəsinə gündəlik düşən günəş işığının 1/10000 hissəsi ilə müqayisə etmək olar.

Ağacların yayılmasına qədər Yer kürəsi nəhəng göbələklərlə örtülü idi.

Çili səhrası Atakamanın bəzi hissələrində yağış şəklində yağıntı heç bir zaman müşahidə edilməyib.

Yer kürəsinin hər çimərliyində olan hər bir qum dənəciyinə kainatda 10 000 ulduz mövcuddur.

Qarışqalar Antarktida və bir neçə ada istisna edilməklə, Yer kürəsinin demək olar ki, bütün quru səthini koloniyalaşdırıblar.

E.Ə.
www.oxu.az