Daxili İşlər Nazirliyinin (DİN) yüksək vəzifəli əməkdaşının xidməti avtomobili qəzaya düşüb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.
Məlumata görə, DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polis polkovniki Əbdül Zərgərlinin “Hyundai” markalı xidməti avtomobili “Mercedes”lə toqquşub.
Hadisə nəticəsində Ə.Zərgərlinin sürücüsü xəsarət alaraq DİN-in hospitalına yerləşdirilib. Hadisə zamanı Ə.Zərgərlinin avtomobildə olub-olmadığı bilinmir.
Faktla bağlı araşdırma aparılır.
A.M.