Amerika Birləşmiş Ştatlarında qadın “Club Bad Girl” realiti şousunda iştirak etmək üçün müsahibəyə gedərkən “BMW X5” markalı avtomobilini qadağan olunmuş ərazidə saxlayıb.
Oxu.Az xəbər verir ki, xanım avtomobili qadağan olunmuş ərazidə saxladığına görə polis onun maşınını təxliyyə etmək üçün evakuator çağırıb və nəqliyyat vasitəsinin hərəkət etməməsi üçün xüsusi cihaz quraşdırıb.
Lakin xanım polislə razı olmayıb və avtomobili polisin quraşdırdığı cihazla birgə idarə etməyə başlayıb. Cihaz avtomobilin hərəkətinə müvafiq məhdudiyyət qoysa da sonda qırılır və xanım hərəkətinə heç nə olmamış kimi davam edir.
E.Ə.
www.oxu.az