Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qazaxıstanda ümummilli seysmik təlim zamanı zəlzələ oldu
Qazaxıstanın Almatı şəhərində seysmik təlim zamanı zəlzələ baş verib.
Bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Zəlzələnin episentri Çində - Almatı şəhərindən 259 km cənub-şərqdə yerləşir. Almatı şəhərində 2 bal gücündə hiss olunan isə afterşokdur. Çində qeydə alınan zəlzələnin gücü 5,2 bal olub”, - deyə qurumun açıqlamasında bildirilir.
Qeyd edək ki, təlimə əsasən, sirenalar səslənəndən sonra qazaxıstanlılar güclü zəlzələ zamanı prioritet hərəkətləri yerinə yetirməli və yaxınlıqdakı qəbul məntəqələrinə təxliyə edilməli idilər.
Tədbir barədə bir gün əvvəldən elan olunmuşdu.
Qazaxıstanda seysmik təlim barədə yanvarın 23-də Almatıda qeydə alınmış 5 bal gücündə güclü zəlzələdən sonra qərar verilib. Prezidenti Kasım-Jomart Tokayev təbii fəlakətdən sonra hökumət qurumlarını şəhərdə çaxnaşma ilə nəticələnən fövqəladə vəziyyətə hazır olmadıqlarına görə tənqid edib və Baş Prokurorluğa erkən xəbərdarlıq sisteminin işləməmə səbəbini araşdırmağı tapşırıb.
Mənbə: TASS
"Çin" teqi üzrə xəbərlər
- Çinin müvəqqəti işlər vəkili: "Azərbaycan Orta Dəhlizdə mühüm nöqtədir"
- Vu Honqbo: "Təhlükəsizlik Şurasının beş daimi üzvü qətnamələrə ikili standartlarla yanaşır"
- Mövlud Çavuşoğlu: "Yeni güclər ortaya çıxmaqdadır və çalışırlar ki, qlobal düzəni dəyişsinlər"
- Pekində İranın nüvə problemi üzrə üçtərəfli görüş keçiriləcək
- Trampın Çinə səfərinin təxmini vaxtı açıqlandı