Ötən həftənin sonunda evlənən Böyük Britaniya şahzadəsi Harri və amerikalı aktrisa Meqan Marklının toy hədiyyələri satışa çıxarılıb.
Oxu.Az xəbər verir ki, hədiyyələr toyun qonaqları tərəfindən “e-bay” vasitəsilə satılır. Hədiyyə çantası 42 min 159 dollar təşkil edir.
:640.jpg)
Çantanın içərisində qurabiyə, xatirə maqniti, “Windsor Castle” suyu, madalyon şəklində böyük şokolad var.
:640.jpg)
Satıcılar bu məhsulları “İngiltərə və kraliyyət ailəsinin xüsusi günü ilə bağlı xatirə” adı ilə satışa çıxarıblar.