Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun İqrıq kəndi ərazində qeydə alınıb.
1973-cü il təvəllüdlü Rəsmiyə Qədirovanı avtomobil vurub. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az